Bakı Beynəlxalq Avtovağzalının ətrafındakı yolötürücülər sürücülərin ixtiyarına verildi

Bakı Beynəlxalq Avtovağzalının ətrafındakı yolötürücülər sürücülərin ixtiyarına verilib. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 9-cu km-də yeni yolötürücülərin inşası artıq yekunlaşıb: “Bu gün axşam saatlarından yolötürücülər sürücülərin ixtiyarına verilib. Ötən il Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-9 km hissəsində yaranan tıxacların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər çərçivəsində göstərilən yolun 9-cu km-də yerləşən mövcud yolötürücülər sökülərək yerində müasir tipli yolötürücülərin inşasına başlanılmışdı. Sovet döründə inşa olunan yolötürücülərdən fərqli olaraq 410 metr uzunluğundakı yeni tikilən müasir yolötürücülər 4 aşırımdan ibarətdir”.

Həmçinin qeyd olunub ki, sonuncu aşırımın alt hissəsindən əks tərəfə keçidi təmin edən yeni yol hissəsi də inşa edilir. Bu yolun da aprel ayının sonunadək istifadəyə verilməsi planlaşdırılır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri