Bakıda həyat yoldaşını güllələyən 68 yaşlı kişi saxlanılıb

Bakı şəhərində həyat yoldaşı öldürən şəxs saxlanılıb.

Paytaxtın Binəqədi Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, həyat yoldaşını öldürən 1947-ci il təvəllüdlü İskəndər Məmmədov həbs edilib. Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) məlumat yayıb. Məlumatda bildirilir ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində aprelin 20-də saat 10.00 radələrində Məhəmməd Əmin Rəsulzadə qəsəbəsinin H. Məmmədquluzadə küçəsində yerləşən evdə ailə məişət zəminində yaranmış mübahisə nəticəsində “Toz-34” markalı, 12 çaplı qoşalülə ov tüfəngindən atəş açaraq arvadı Heyran Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən 1-ci qrup əlil, 1949-cu il təvəllüdlü İsgəndər Abbas oğlu Məmmədov tutulub.

Qeyd edək ki, hadisə ilə əlaqədar yayılan ilk məlumatda 68 yaşlı İskəndər Məmmədovun ov tüfəngi ilə özünü öldürmək istəyərkən ehtiyatsızlıqdan həyat yoldaşını vurduğu, nəticədə 60 yaşlı Heyran Məmmədovanı öldürdüyü bildirilib. Polisdən deyilib ki, hadisəni törədən kişinin ayaqları yoxdur.
Şərhlər
Hadisə bölməsinin xəbərləri