Peskov: "Putinin İrəvana səfəri Rusiya-Türkiyə əlaqələrinə təsir edə bilməz"

"Vladimir Putinin aprelin 24-də "erməni soyqırımı"nın 100-cü ildönümü ilə bağlı tədbirlərdən iştirak etmək üçün İrəvana edəcəyi səfər "Türk axını" qaz kəmərinin tikintisinə və Rusiya-Türkiyə əlaqələrinə təsir edə bilməz".

APA-nın verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. D. Peskov Rusiya və Türkiyə arasında inkişaf etmiş tarixi əlaqələrin mövcud olduğunu xatırladıb. O bildirib ki, qarşılıqlı mənfəətlərə əsaslanan iqtisadi əlaqələr sağlam təməl üzərində qurulub: "Bir çox beynəlxalq məsələdə mövqelərimiz üst-üstə düşür".

Ermənistanın Rusiyanın qonşusu olduğunu xatırladan Kremlin mətbuat xidmətinin rəhbəri bu ölkəni Rusiya ilə bağlayan xeyli amil olduğunu qeyd edib.


Qeyd edək ki, Kremlin mətbuat xidməti bu gün prezident Vladimir Putinin uydurma “erməni soyqırımı”nın 100-cü ildönümünə həsr olunan tədbirlərdə iştirak etmək üçün aprelin 24-də Ermənistana səfər edəcəyi ilə bağlı məlumat yayıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri