Tovuz sakini olan qadın Bakıda kirayədə yaşadığı evdə qətlə yetirilib

Bakıda qətl hadisəsi baş verib.

Suraxanı Rayon Prokurorluğunun müstəntiqi Cəfər Mövsümovun APA-ya verdiyi məlumata görə, bu gün rayonun Bülbülə qəsəbəsi Samir Əliyev küçəsi ev 12 ünvanında kirayədə yaşayan Tovuz rayon sakini, 1967-ci il təvəllüdlü Çiçək Mikayıl qızı Alıyevanın meyiti aşkar edilib.

Meyitə ilkin baxış zamanı Ç. Alıyevanın qətlə yetirildiyi məlum olub.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri