Bakıda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 1 nəfər yaralanıb

Bakıda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

APA-nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan “Lifan” markalı minik maşını yolun kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobil iki hissəyə bölünüb. Avtomobildə olan üç nəfər hadisə yerində dünyasını dəyişib, bir nəfər isə ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisə yerində polis əməkdaşları müayinələr aparırlar.

Əlavə məlumat veriləcək.
Şərhlər
Hadisə bölməsinin xəbərləri