Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib

Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

APA-nın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinin 8 ən güclüsü qüvvələrini sınayıb.

Yarışın son qalibi “Sevilya” İspaniyada “Zenit”i qəbul edib. Kuboku ayrı-ayrı illərdə qazanmış komandalar növbəti uğur üçün meydana çıxıb. Hesabda geri düşən Pireney təmsilçisi yalnız sona yaxın qalib gəlməyi bacarıb. Ukraynanın “Dnepr” klubu isə səfərdə Belçika təmsilçisi “Brügge” ilə qolsuz bərabərliyə razılaşıb.

İtaliyanın hər iki klubu ilk qarşılaşmasını səfərdə keçirib. “Fiorentina” Ukraynada Kiyev “Dinamo”su ilə matçda uzun müddət qol vurmağa çalışsa da, yalnız bir dəfə fərqlənib ki, bu da nəticənin heç-heçə yekunlaşmasına gətirib çıxarıb. “Napoli” isə Almaniyada “Volfsburq”a əməlli-başlı futbol dərsi keçib. Belə ki, Neapol şəhərinin komandası Bundesliqada ikinci pillənin sahibinə aman verməyib. Böyükhesablı qələbə italiyalıların yarımfinal qapısını daha erkən açıb.

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 23-də keçiriləcək.

Avropa Liqası
1/4 final, ilk oyunlar
16 aprel

“Sevilya” (İspaniya) – “Zenit” (Rusiya) - 2:1
Qollar: Karlos Bakka, 73; Denis Suares, 88; - Aleksandr Ryazantsev, 29;

“Brügge” (Belçika) – “Dnepr” (Ukrayna) - 0:0

“Dinamo” (Ukrayna) – “Fiorentina” (İtaliya) - 1:1
Qollar: Jermeyn Lens, 36; - Babakar, 90;

“Volfsburq” (Almaniya) – “Napoli” (İtaliya) - 1:4
Qollar: Niklas Bendtner, 80; - Qonzalo İquain, 15; Marek Hamşik, 23; 64; Qabbiadini 77;
Şərhlər
İdman bölməsinin xəbərləri