Vergilər Nazirliyi: "Nurgun Motors"un əmlakı siyahıya alınıb

Vergilər Nazirliyi "Nurgun Group"a daxil olan "Nurgun Motors"un əmlakını siyahıya alıb.

Bu barədə APA-ya Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən məlumat verilib.

“Nurgun Motors”un vergi borcları ilə əlaqədar, əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Şirkətə borcların qısa müddətdə ödənilməli olduğu ilə bağlı xəbərdarlıq olunub", - deyə nazirlik rəsmisi qeyd edib.

Borcun həcmi açıqlanmır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri