Ali təhsil haqqında arayışların onlayn verilməsinə başlanılır

Yaxın günlərdə Azərbaycanda “Elektron hökumət” (e-gov.az) portalı vasitəsi ilə ali təhsil haqqında arayışı onlayn almaq mümkün olacaq.

Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Məlumat Hesablama Mərkəzindən bildiriblər.

Arayışın əldə olunması üçün ali təhsil haqqında diplomun PİN kodunu göstərmək lazımdır.

Elektron arayış şəxsin ali təhsilini təsdiq edən rəsmi sənəd hesab olunur və onu təyinatı üzrə istifadə etmək mümkündür.

Azərbaycanın ali məktəb məzunları haqqında məlumatlar “Tələbə-məzun” məlumat sistemində saxlanılır. Bu bazanın mövcudluğu həm nazirlik əməkdaşlarının işini yaxşılaşdıracaq, həm də diplomların saxtalaşdırılmasının qarşısını alacaq.
Şərhlər
Sosial bölməsinin xəbərləri