“Amnesty İnternational” Britaniya hökumətini vətəndaşları kütləvi izləmədə ittiham edib

Hüquq müdafiə təşkilatı olan “Amnesty İnternational” İnsan haqları üzrə Avropa Məhkəməsində Böyük Britaniya hökumətinə qarşı iddia qaldırıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, təşkilat Britaniya hökumətini vətəndaşları, xüsusən də internet istifadəçilərini izləməkdə ittiham edib.

İttiham Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snoudenin ABŞ, Böyük Britaniya və digər Qərb ölkələrinin xüsusi xidmət orqanlarının vətəndaşları kütləvi şəkildə izləməsi ilə bağlı yaydığı məlumatlara əsaslanır.

“Amnesty İnternational”ın hüquqi məsələləri üzrə müşaviri bildirib ki, Britaniya hökuməti kütləvi izləmə metodları tətbiq etməklə, vətəndaşların özəl həyatına və azadlıqlarına ciddi zərbə vurur. Onun sözlərinə görə, Britaniya hökumətinə qarşı iddia “Liberty” və “Privacy İnternational” hüquq müdafiə təşkilatları ilə birgə qaldırılıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri