Prezident İlham Əliyev və xanımı Ciddə şəhərinə gəliblər

Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində paytaxt Ər-Riyadda görüşlərini başa çatdıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 6-da Ciddə şəhərinə gəliblər.

Trend-in məlumatına görə, Ciddə şəhərinin beynəlxalq hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı və xanımı Ciddə şəhərində yüksək qonaqpərvərliklə qarşılandılar.
Şərhlər
Siyasət bölməsinin xəbərləri