Azərbaycanlı aktyorların da çəkildiyi “Terkedilmiş” filminin qala-gecəsi oldu

Azərbaycanlı aktyorların da çəkildiyi “Terkedilmiş” filminin qala-gecəsi oldu Qonaqlı-qaralı şəhərimizin növbəti müsafirləri Türkiyə kinematoqrafiyasının tanınmış simaları oldu.

Qardaş ölkənin sənət adamları “Nizami” Kino Mərkəzində baş tutan türkiyəli rejissor Korhan Uğurun çəkdiyi “Terkedilmiş” dram filminin qala-gecəsində iştirak ediblər.

Qeyd edək ki, filmdə baş rollara Azərbaycandan olan aktyorlar - Könül Nağıyeva və Kamran Ağabalayev çəkiliblər. Nümayişdən öncə səhnəyə çıxan filmin rejissoru Korhan Uğur, aktyorlar Könül Nağıyeva, Kamran Ağabalayev, Sema Şimşek, Hakan Vanlı, Levent Ülgen, Burak Sarımola və Neriman Uğur tamaşaçıları salamladılar. Kəlbəcərin işğalının 22-ci ildönümü ilə bağlı dünyasını dəyişənlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra, yaradıcı heyət filmlə bağlı fikirlərini bölüşdülər.

Daha sonra “Terkedilmiş” filmi nümayiş edildi. Ekran əsərini izləyənlər arasında media, ictimaiyyət nümayəndələri, aktyor, müğənni, teleaparıcı və s. da vardı.

Filmin süjet xətti Suriya münaqişəsində qaçqın düşərək, Türkiyəyə sığınan və səfalətdən qurtulmaq üçün böyrəyini satan qadının həyatından bəhs edir. Filmin şüarı isə belədir: “Bəzilərinin bədbəxtliyi kimlərisə xoşbəxt edir və biz buna insanlıq deyirik”.

Filmdə suriyalı qaçqının obrazını Könül Nağıyeva yaradıb və rolunun öhdəsindən məharətlə gəlib desək, yanılmarıq. Qaçqın qızın yaşadığı ağrı, acını gözləri, qəmgin baxışları, sükutu ilə tamaşaçıya çox gözəl çatdıran Könülün oyunu zalda əyləşən tamaşaçılar tərəfindən də alqış sədaları ilə qarşılandı. Filmdə orqan alveri ilə məşğul olan, daha doğrusu, bu işdə vasitəçi rolunu yaradan Kamran Ağabalıyevin ifasını da xüsusi qeyd etmək istərdik. Film boyu özünəməxsus mimikaları, laqeyd baxışı ilə yaratdığı obraza xüsusi rəng verən Kamranın oyunu da zalda əyləşənlərin böyük alqışı ilə müşayiət olundu.

Qeyd edək ki, “Post Production” şirkəti tərəfindən ekranlaşdırılan filmin İstanbulda premyerası martın 27-də baş tutub. Bakıdakı premyeradan sonra keçirilən mətbuat konfransında söz alan Könül Nağıyeva filmlə bağlı təəssüratlarını bölüşdü. Gənc aktrisa yaratdığı suriyalı qaçqın qadının obrazından danışdı:

“Mənə deyirdilər ki, köçkün birinin obrazını necə oynaya bildin? Düzdür, mən özüm qaçqın, məcburi köçkünlük həyatı yaşamamışam. Amma qaçqınlıq, faciələr görmüş ölkənin vətəndaşıyam, müharibədə veteran olan kişinin qızıyam. Atam çox şeyləri bizə danışırdı, o uşaqlıqdan mənim xatirələrimdə qalmışdı. Təbii ki, bu ağrını, acını hiss edərək o rolu oynamışam”.

Filmdə “çirkin” kimi tanınan Kamran Ağabalayev bu ekran əsərinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür etdi: “Türkiyədə heç bu qədər həyəcanlı deyildim. Bu alqışlar üçün çox sağ olun”.

K.Ağabalayev filmdə yaratdığı obrazla öz xasiyyəti arasında uyğunluq görmədiyini dedi:

“Həyatda belə deyiləm. Filmdəki baxışlarım rejissorun tələbidir, mən onu layiqincə yerinə yetirməyə çalışmışam. Bu nə qədər alınıb, onu artıq siz deyə bilərsiniz”.

Filmin rejissoru Korhan Uğur ilk qala-gecənin İstanbulda keçirildiyini xatırlatdı. Bildirdi ki, may ayından etibarən film Türkiyənin başqa şəhərlərində də, ümumilikdə 174 kinoteatrında nümayiş olunacaq:

“Çəkilişlər İzmir şəhərində aparılıb. Azərbaycanlı aktyorlarla çox böyük həvəslə çalışdıq. Biz tamaşaçıya bir mesaj ötürdük: bəzilərinin bədbəxtliyi kimlərisə xoşbəxt edir və biz buna insanlıq deyirik. Filmin xoşbəxt sonluqla bitməsi tamamilə mənimlə bağlıdır. Çünki mən dünyaya həmişə ümidlə baxan bir insanam. Ən pis şeylərdə belə yaxşı nəsə görmək olar, deyə düşünürəm”.

Elə bu zaman söhbətə qatılan tanınmış aktyor Levent Ülgen “mənim üçün heç də xoşbəxt sonluq olmadı. Filmin sonunu görmədinizmi? Məni öldürdülər, yerdə 5 cəsəd vardı”, - deyə zarafatından qalmadı. Bakını çox bəyəndiyini deyən L.Ülgen şəhərimizin təmizliyinə heyranlığını gizlətmədi: “Bakıya ilk dəfədir ki, gəlirik, insanlarınızı və şəhərinizi çox bəyəndik. Bizim bu qədər təmiz, gözəl, düzənli şəhərimiz yoxdur”.

Qeyd edək ki, “Terkedilmiş” filminin ssenari müəllifi və rejissoru Korhan Uğur, prodüserləri Hakan Ordu, Mustafa Saygın və Alihan Karagüldür. Film bu gündən etibarən “Nizami” Kino Mərkəzi ilə bərabər, Bakının digər kinoteatrlarında da nümayiş olunacaq.

Info Gün.Az
Foto 1news
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri