“Azerspace-1” peyki üzərindən yayımlanan yerli kanalların yayım tezlikləri dəyişilib

Qafqazın ilk peyk operatoru olan “Azərkosmos” ASC tərəfindən idarə olunan “Azerspace-1” peyki üzərindən yayımlanan yerli TV kanalların yayım keyfiyyətinin artırılması məqsədi ilə yayım tezlikləri dəyişilib.

Bu barədə APA-ya “Azərkosmos” ASC-dən məlumat verilib.

Bununla əlaqədar olaraq, 30 mart saat 03.00-da 11169 Mhz tezliyində yayımlanan AZTV, “Azad Azərbaycan”, “Xəzər”, “İctimai TV”, “Mədəniyyət”, “İdman Azərbaycan”, “İnterAz” kanalları yeni tezliyə keçirilib.

Qeyd edək ki, yeni tezliyin detalları 11169Mhz → 11175Mhz : S/R-27500 : FEC 5/6 : Pol –H kimidir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri