Azərbaycanda bir neçə gün əvvəl itkin düşmüş 18 yaşlı qızın meyiti meşədə torpağa basdırılmış halda tapılıb

Bir neçə gün əvvəl itkin düşən qızın meyiti meşədə tapılıb.

Yerli hüquq-mühafizə orqanlarından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncədə itkin düşən şəxs kimi axtarışda olan şəhər sakini, 1997-ci il təvəllüdlü Gülnarə Aydın qızı Mirzəyevanın meyiti Daşkəsən rayonunun Xoşbulaq kəndi yaxınlığında meşədə basdırılmış halda aşkarlanıb.

Aparılan əməliyyat tədbirləri nəticəsində hadisənin Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Ruslan Elşad oğlu Behbudzadə tərəfindən martın 26-da törədildiyi məlum olub.

R. Behbudzadə saxlanaraq istintaqa təhvil verilib.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri