Gürcüstandan Azərbaycana avtomobil ixracı bir ildə 4,4 dəfə azalıb

Gürcüstandan Azərbaycana avtomobil ixracı bir ildə 4,4 dəfə azalıb Bu ilin yanvar-fevral aylarında Gürcüstandan Azərbaycana 19 824,1 min ABŞ dolları dəyərində 1 071 minik avtomobili ixrac olunub.

Bu barədə APA-ya Gürcüstan Milli Statistika Xidmətinə istinadən məlumat verib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 651 avtomobil və ya 4,4 dəfə azdır. Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 45,9% azalıb.

Qeyd edək ki, bu ilin iki ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyanın xüsusi çəkisi 42,3% təşkil edib.

Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 48,8%-ni təşkil edib.

Bu ilin yanvar-fevral ayları ərzində ölkənin ümumi ixracında isə Azərbaycana ixrac olunan məhsulların xüsusi çəkisi 14,5% təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-fevral ayında Gürcüstandan Azərbaycana 45 918,6 min dollar dəyərində məhsul ixrac edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri