Sabah Azərbaycanda 19 dərəcə isti olacaq

Martın 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.

Mülayim cənub küləyi əsəcəyi, axşam buludların artacağı gözlənilir. Gecə 5-7, gündüz 11-16 dərəcə isti olacaq.

Bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 4-8, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacağı ehtimal olunur.
Şərhlər
Sosial bölməsinin xəbərləri