Mingəçevirdə ağır yol qəzası baş verib

Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Mingəçevir avtovağzalı yaxınlığında qeydə alınıb. 8 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu “VAZ-2109” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 10-a yaxın şəxs xəsarət alıb.

Hazırda hadisə yerində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri