Fransada qəzaya uğrayan «Airbus A320» təyyarəsinin birinci “qara qutu”su tapılıb

Fransanın cənubunda «Airbus A320» sərnişin təyyarəsinin qəzaya uğradığı ərazidə birinci “qara qutu” aşkarlanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə, bu barədə France Info radiostansiyasına hadisənin baş verdiyi Yuxarı Provans departamentini Fransa parlamentdə təmsil edən Kristof Kastane bildirib.

Qeyd edək ki, Almaniyanın Germanwings aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi bu gün günorta saatlarında Alp dağlarının ucqar hissəsində qəzaya ugrayib. Qəza nəticəsində, 150 nəfər ölüb. Təyyarənin göyərtəsində Almaniya, İspaniya və Türkiyə vətəndaşları olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri