Ilham Əliyev İspaniya kralına başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev "Germanwings" şirkətinə məxsus A320 təyyarəsinin qəzaya uğraması ilə bağlı İspaniyanın Kralı VI Felipeyə başsağlığı verib.

APA-nın məlumatına görə, başsağlığı məktubda bildirilir:


“Əlahəzrət,

"Germanwings" şirkətinə məxsus A320 təyyarəsinin Fransanın cənub-şərqində qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri