Azərbaycan prezidenti Almaniya kanslerinə başsağlığı verib

Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya məxsus A320 təyyarəsinin qəzaya uğraması ilə bağlı Almaniya kansleri Angela Merkelə başsağlığı verib.

APA-nın məlumatına görə, məktubda bildirilir:

“Hörmətli xanım Federal Kansler,

Germanwings şirkətinə məxsus A320 təyyarəsinin qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri