SOCAR-ın məntəqəsinə hücum edilib

SOCAR-ın Tbilisidəki yanacaqdoldurma məntəqəsinə (YDM) edilmiş hücum nəticəsində iki nəfər yaralanıb. Trend-in Gürcüstan KİV-ə istinadən verdiyi məlumata əsasən, insident bazar ertəsi gecə saatlarında Quramişvili küçəsində baş verib.

Şahidlərin sözlərinə görə, bir neçə nəfər YDM-ə hücum edərək meneceri və məntəqənin operatorunu ayağından yaralayıb. Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya yerləşdirilib.

Şahidlər bildiriblər ki, onlar xeyli qan itiriblər: "Onların vəziyyətinin nə qədər ağır olduğunu deyə bilmərik".

Aparılan istintaq tədbiləri nəticəsində bir nəfər saxlanılıb. Hadisənin digər təfərrüatları açıqlanmır.

XXX

Gürcüstan Daxili İşlər Nazirliyi SOCAR-ın Tbilisidəki yanacaqdoldurma məntəsində baş vermiş cinayətin üstünü açıb. Trend-in Gürcüstan KİV-ə istinadən verdiyi məlumata əsasən, bədən xəsarətləri yetirmək ittihamı üzrə keçmişdə məhkum olmuş 1993-cü il təvəllüdlü Zurab U. operativ istintaq tədbirləri nəticəsində saxlanılıb.

Məlumata görə, istintaqla müəyyən edilib ki, saxlanılan şəxs bu il martın 23-də SOCAR-ın Quramişvili prospektində yerləşən YDM-də söz atışması zamanı soyuq silahla 1991-ci il təvəllüdlü operator Zurab A. və 1983-cü il təvəllüdlü Cəfər A.-nı ayağından yaralayaraq hadisə yerindən qaçıb.

Xəsarət alanalar xəstəxanya yerləşdiriliblər. Polis Zurab U.-nu hadisədən bir neçə dəqiqə sonra saxlayıb. Əşyayi-dəlil qismində cinayət aləti olan bıçaq ələ keçirilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri