Anasını 102 bıçaq zərbəsi ilə qətlə yetirən şəxs ona verilən cəzadan narazı qalıb

Bakı Apellyasiya Məhkəməsində anasını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Mürsəl Dünyamalıyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası aprelin 2-nə təyin edilib.

Qeyd edək ki, M. Dünyamalıyev 2013-cü il dekabrın 18-də anası Cəmilə Dünyamalıyevaya 102 bıçaq zərbəsi vuraraq qətlə yetirib. O, daha sonra könüllü olaraq Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə gələrək təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Dünyamalıyev 13 il müddətinə azadlıqdan məhrum edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri