Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılıb Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, "Barselona" qrup mərhələsində qarşılaşdığı PSJ ilə yenidən görüşəcək. Madrid təmsilçiləri - "Real" və "Atletiko" da növbəti dəfə qarşılaşacaqlar.

Püşkatmanın nəticəsi:

PSJ - "Barselona"
"Atletiko" - "Real"
"Porto" - "Bavariya"
"Yuventus" - "Monako"

Oyunlar aprelin 14-15-i və 21-22-də keçiriləcək.

Qeyd edək ki, final qarşılaşması iyunun 6-da Almaniyanın paytaxtı Berlində keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri