ABŞ səfiri: “Minsk qrupu çәrçivәsindә münaqişənin hәlli prosesini dәstәklәmәkdə davam edәcәyik”

ABŞ səfiri: “Minsk qrupu çәrçivәsindә münaqişənin hәlli prosesini dәstәklәmәkdə davam edәcәyik” "ABŞ ATӘT-in Minsk qrupunun hәmsәdri olaraq Minsk qrupunun fәaliyyәtini dәstәklәmәkdә davam edir".

APA-nın mәlumatına görә, bunu ABŞ-ın Azәrbaycandakı sәfiri Robert Sekuta deyib.

Səfir qeyd edib ki, bu, münaqişәnin hәlli istiqamәtindә mühüm formatdır: "Münaqişәnin hәlli münaqişә tәrәflәrinin üzәrinә düşür. Bu sahәdә onların şәxsi iradәsi olmalıdır vә biz dә Minsk qrupu çәrçivәsindә bu hәll prosesini dәstәklәmәyә davam edәcәyik".
Şərhlər
Siyasət bölməsinin xəbərləri