Əhliman Rəhimovun 60 illik yubileyi qeyd olunub

Əhliman Rəhimovun 60 illik yubileyi qeyd olunub Azərbaycan aşıq sənətinin tanınmış nümayəndələrindən biri, Şirvan aşıq mühitinin yetirməsi, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aşıq sənəti kafedrasının müdiri Əhliman Rəhimovun 60 illik yubileyi qeyd olunub.

Live.az məlumatına görə, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub Aşıq Əhlimanı 60 illik yubileyi münasibətilə təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirin aparıcısı, professor Qəzənfər Paşayev Aşıq Əhliman Rəhimovun sənət yolundan, ifaçılıq məharətindən, gənc aşıqların yetişməsindəki xidmətlərindən söz açıb.

Gecədə akademik Vasim Məmmədəliyev, professor Məhərrəm Qasımlı və başqaları çıxış edərək yubilyara ən xoş arzularını çatdırıblar.

Tədbirdə ustad aşığın sənət dostları, tələbələri çıxış edərək, onun sözlərinə bəstələnmiş mahnıları səsləndiriblər.
İrandan gəlmiş aşıqlar da ifaları ilə yubilyarı təbrik ediblər.

Qeyd edək ki, Ə.Rəhimov 1955-ci il martın 10-da Ucar rayonunun Bərgüşad kəndində anadan olub. Hazırda vaxtilə təhsil aldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aşıq sənətini elmi əsaslarla tədris edir.
Tədbirdən çəkilən şəkilləri təqdim edirik.

Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57