Bakı Metrosuna gətirilən yeni qatar özünü doğrultmayıb

Bakı Metropoliteninin “İçəri şəhər”, “Koroğlu” stansiyalarında kondisioner sistemi qurulub. Bu barədə ANS-ə Metropolitenin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, təmir işləri aparılan “28 may” stansiyasında da kondisioner sistemi qurulur. Metropolitendən bildirilir ki, gələcəkdə də metronun digər stansiyalarında sərinlətmə sistemi quraşdırılacaq. Bundan əlavə, gələcəkdə Bakı metrosuda yeni qatarlarda da kondisioner sistemi işləyəcək.

“Hələlik metroya bir yeni qatar gətirilib. Lakin həmin qatarın Bakı metrosuna uyğun olması təsdiqlənməyib. Çünki qatar gətiriləndən bəri test üçün relsə buraxılıb və sınaqlar özünü doğrultmayıb. Çünki qatarda bəzi problemlrə yaranıb”, - deyə metropolitendən bildirilib.

Bildirilir ki, ilk növbədə sərnişinlərin çox olduğu vaxtlarda qatarın qapılarının açılıb-bağlanmasında, qatarın soyutma sistemi işləyərkən tunaldə problemlər yaranıb.

“Hazırda gətirilən qatarın Bakı metrosu üçün yararlı olub-olmadığını araşdırırıq. Hazırda qatarın alınıb-alınmaması üçün akt tərtib olacaq. Xarici mütəxəssislər də dəvət olunub. Əgər gətirilən yeni qatar yararlı olarsa, o zaman onun alınmasına qərar veriləcək”, - deyə metropolitendən bildirilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri