Azərbaycan müdafiə nazirinin Xorvatiyaya rəsmi səfəri başlayıb

Azərbaycan müdafiə nazirinin Xorvatiyaya rəsmi səfəri başlayıb Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin Xorvatiyaya rəsmi səfəri başlayıb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Xorvatiya Müdafiə Nazirliyində Z. Həsənovun Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviç tərəfindən qarşılanma mərasimi keçirilib.

Protokola uyğun olaraq müdafiə nazirləri Fəxri Qarovulun önündən keçiblər.

Hər iki ölkənin dövlət himnləri səsləndikdən sonra nazirlərin görüşü keçirilib.

Görüşdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində və ikitərəfli əməkdaşlığın perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri