Paytaxtda baş verən yol qəzalarında 39 nəfər ölüb

Bu ilin ilk iki ayında paytaxtda 2499 sərxoş sürücü aşkar edilib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən (BŞBPİDYPİ) APA-ya verilən məlumata görə, bu ilin yanvar ayının 1-dən fevralın 28-ə qədər paytaxt ərazisində 142 yol qəzası baş verib. Nəticədə 39 nəfər ölüb, 177 nəfər yaralanıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisə yol qəza hadisələrinin sayı 24 fakt, xəsarət sayı 65 fakt artsa da, ölüm sayı 56 fakt azalıb.

Hesabat dövründə 2499 sərxoş, 436 qəza şəraiti yaradan, polisin saxla əmrinə tabe olmayan 585, avtoxuliqanlıqla məşğul olan 109, pərdə və plyonkada istifadə edən 559, müvafiq sənədlər olmadan nəqliyyat vasitəsi idarə edən 614, yolayrıcı keçmə qaydası pozan 27531 sürücü barəsində inzibati protokol tərtib edilib.

BŞBPİDYPİ-dan yanvar və fevral aylarında piyada keçidlərindən istifadə etməyən 18337 şəxs barəsində müvafiq tədbir görülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri