ABŞ-ın Azərbaycandakı səfiri baş nazirin müavini Əli Həsənovla görüşüb

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı yeni səfiri Robert Sekuta baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb.

APA-nın xəbərinə görə, səfirlikdən bildirilib ki, görüş zamanı qaçqın və məcburi köçkünlərin vəziyyəti, ABŞ-ın humanitar yardım layihələri müzakirə edilib.

Xatırladaq ki, ABŞ Senatının təsdiqi ilə Robert Frensis Sekuta 2014-cü il dekabrın 17-də Azərbaycana səfir təyin edilib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri