“Ziraat Bank” Azərbaycandakı nümayəndəliyi üçün ofis kirayələyib

Bank Azərbaycanda 5 filial açmaq niyyətindədir

Azərbaycanda fəaliyyət göstərmək üçün Mərkəzi Bank tərəfindən lisenziya alan “Ziraat Bank Azərbaycan” (“T.C. Ziraat Bankası”nın törəmə bankı) filial şəbəkəsi ilə bağlı planlarının açıqlayıb.

Bankdan APA-ya verilən eksklüziv açıqlamaya görə, artıq bankın nümayəndəliyi üçün ofis kirayələnib. “Burada fəaliyyət göstərmək üçün müvafiq hazırlıq işləri aparılır. İşlər başa çatandan sonra fəaliyyətə başlamaq niyyətindəyik. Təxminən iyun aydından etibarən fəaliyyətə başlamağı düşünürük”, - deyə bankdan bildirilib.

Bankın nümayəndəsi əlavə edib ki, gələcəkdə bank 5 filial açmaq niyyətindədir.

“Açmaq istədiyimiz filiallardan ikisi Bakıda yerləşəcək, üçü regionlarda”, - deyə bankın nümayəndəsi qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri