Siyavuş Aslanın səhhətində yaxşılığa doğru dəyişiklik var

Siyavuş Aslanın səhhətində yaxşılığa doğru dəyişiklik var Kliniki Tibbi Mərkəzə yerləşdirilən Azərbaycanın xalq artisti Siyavuş Aslanın müalicəsi uzun müddət davam edəcək.


Bu barədə APA-ya aktyorun həkimi Venera İsmayılova məlumat verib. Onun sözlərinə görə, aktyorun xəstəliyi xroniki hal aldığına görə, ev şəraitində müalicəsi mümkün deyil: “Nəzərdə tutduğumuza görə, 20 gündən çox xəstəxana şəraitində olmalıdır. Vəziyyəti orta-ağır qiymətləndirilir. Hazırda səhhətində yaxşılığa doğru dəyişiklik var”.



Qeyd edək ki, Azərbaycanın xalq artisti Siyavuş Aslan mayın 24-də Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.



Siyavuş Aslan 2011-ci ilin avqust ayında işemik insult keçirib.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57