Vüqar Əliyev Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini təyin olunub

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev şöbə müdirinin müavini vəzifəsinə təyin olunub.

APA-nın məlumatına görə, V. Əliyev mətbuat və informasiya orqanları ilə iş üzrə cavabdehlik daşıyacaq.

Qeyd edək ki, V. Əliyev 2002-ci ildən Prezident Administrasiyasında çalışır.

2005-ci ildən ictimai-siyasi şöbənin mətbuat və informasiya orqanları ilə iş sektoruna rəhbərlik edib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri