Bakıda kilsədə 91 yaşlı keşişin meyiti tapılıb

Bakıda kilsədə ölüm hadisəsi baş verib.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şamil Əzizbəyov küçəsi 203 ünvanında qeydə alınıb.

Həmin ünvanda yerləşən kilsədə 91 yaşlı keşiş Veranyuçuk Qriqori Petroviçin meyiti aşkar edilib. Kilsənin işçiləri keşişin dünyasını dəyişməsindən bu gün səhər xəbər tutublar.

Polisdən həmçinin bildirilib ki, dünyasını dəyişən keşiş kilsədə yaşayırmış.
Şərhlər
Hadisə bölməsinin xəbərləri