Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hava şəraiti ilə bağlı Bakıda təhlükəli yolların siyahısını açıqlayıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi qarlı və küləkli hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Mərkəzdən APA-ya verilən məlumata görə, Badamdar şossesi, Zərdabi prospekti, Avtovağzalın qarşısından Biləcəri istiqamətində yollar sürüşkən və təhlükəlidir.

Mərkəz sürücülərə göstərilən istiqamətlərdə daha diqqətli və ehtiyatlı olmaqla bağlı xəbərdarlıq edib.
Şərhlər
Sosial bölməsinin xəbərləri