"A-dan Z-yə" şousu Rəhim Rəhimli ilə

"A-dan Z-yə" şousu bu həftə də maraqlı hadisələr və insanlar ilə evinizin qonağı olacaq.


Live.az-ın məlumatına görə, "Bakı Film"in təqdimatında 21 fevral tarixində saat 22:00-da yayımlanacaq verilişdə nələrin baş verəcəyi hər kəsə maraqlıdır. Proqramın bu həftəki əsas qonağı məşhur müğənni Rəhim Rəhimlidir. Sənətçinin şəxsi həyatı barədə bu günə qədər bilmədiyiniz bir çox məqamlar ortaya çıxacaq.

Rəhim Rəhimlinin evində hansı ifaçını bəyənmirlər? O bunu açıqlayacaq. Rəhim ilə illərdir küsülü olan sənətçi ilk dəfə danışacaq. Bir müddət öncə aralarında qalmaqal yaşanan R.Rəhimli və Xuraman Şuşalı bu verilişdə üz-üzə gələrək nələrə aydınlıq gətirəcəklər? Aralarındakı qalmaqal daha da alovlanacaq yoxsa söz-söhbətə son qoyulacaq?

Rəhim ilə birlikdə verilişin qonağı olan məşhur aparıcı Aytən Səfərova müğənni Sevda Yahyayeva barəsində nələr dedi? Xalq artisti Brilliant Dadaşova "Ay iki, üç kilo sümüklər" sözünü kimlərə ünvanladı?

Bundan əlavə olaraq "A-dan Z-yə" komandası tərəfindən sənətçi üçün maraqlı sürpriz hazırlanıb. Rəhimin gözləmədiyi şəxslər studiyaya gələcəklər.

Zaur Nəbioğlunun aparıcısı olduğu proqramda bundan əlavə olaraq digər maraqlı hadisələr də yaşanıb. Bunların hamısını bilmək istəyirsinizsə şəmbə günü "A-dan Z-yə" verilişini qaçırmayın.



"A-dan Z-yə" şousu Rəhim Rəhimli ilə
"A-dan Z-yə" şousu Rəhim Rəhimli ilə
"A-dan Z-yə" şousu Rəhim Rəhimli ilə



Fotolar İlqar Umudova məxsusdur.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53