Dünyanın ən hündür göydələnlərindən birində yanğın olub

Birləşmiş Ərəb Əmirliklərində, Dubayda dünyanın ən hündür göydələnlərindən biri - “Torch Tower”-də güclü yanğın olub.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, ilkin ehtimala əsasən, yanğın binanın 50-ci mərtəbəsində başlayıb.

Güclü küləyin əsməsi nəticəsində alov binanın fasadının 300 metrdən çox sahəsini əhatə edib. Binadan 1 000 nəfərin evakuasiya edildiyi bildirilir. Ölən və yaxud xəsarət alanlar barədə məlumat verilmir.

Qeyd edək ki, “Torch Tower” 2011-ci ildə inşa edilib, onun hündürlüyü isə 336 metr təşkil edir.
Şərhlər
Dünya bölməsinin xəbərləri