Avropa Liqasının 1/16 final oyunları keçirilib

Avropa Liqasının 1/16 final mərhələsinə start verilib.

APA-nın məlumatına görə, turun bütün görüşləri eyni gündə baş tutub.

Qardaş ölkə Türkiyənin turnirdə mübarizə apardığı klublarından “Trabzonspor” doğma publika önündə, “Beşiktaş” isə səfərdə meydana çıxıb.

Belə ki, Qara dəniz təmsilçisi İtaliya “Napoli”sini qəbul edib. Qarşılaşmada Neapol klubu trabzonlulara divan tutub - 0:4.

İstanbul nəhəngi isə İngiltərədə “Liverpul”un qonağı olub. “Qara qartallar” da oyundan məğlub ayrılıb. Lakin Slaven Biliçin yetirmələri “Trabzonspor”dan fərqli olaraq, qapısından 1 top buraxıb. Qarşılaşmanın 84-cü dəqiqəsində italiyalı hücumçu Mario Balotellinin penaltidən vurduğu qol “Liverpul”a qələbə qazandırıb.

Qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olmuş “Dnepr” evdə Yunanıstan təmsilçisi “Olimpiakos”a 2:0 hesabı ilə qalib gəlib. “İnter” isə səfərdə “Seltik”lə qollu heç-heçə edib – 3:3.
Şərhlər
İdman bölməsinin xəbərləri