Səfir: "Pakistan prezidentinin Azərbaycana martın 11-də səfər edəcəyi gözlənilir"

Martın 11-də Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfər edəcəyi gözlənilir.

Bunu APA-ya açıqlamasında Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Daşqın Şikarov bildirib.

Onun sözlərinə görə, hazırda M.Hüseynin rəhbərliyi altında Pakistan nümayəndə heyətinin Azərbaycana səfərinin təşkili və imzalanması gözlənilən sənədlərlə bağlı hazırlıq işləri gedir: “Pakistan prezidentinin səfəri çərçivəsində bir sıra mühüm sazişlərin imzalanması nəzərdə tutulub”.

Səfir xatırladıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva fevralın 11-də Pakistanın Ali Ordeni ilə təltif olunub: “Prezident Hüseyn Səfər çərçivəsində mükafatı Mehriban Əliyevaya şəxsən təqdim etməyi planlaşdırır”.
Şərhlər
Siyasət bölməsinin xəbərləri