Elnur Hüseynov “O səs Türkiyə" musiqi yarışmasının qalibi olub

Türkiyənin TV8 kanalında
yayımlanan “O səs Türkiyə”
müsabiqəsinin final mərhələsi
keçirilib.
APA-nın məlumatına görə, daha çox
səs toplayan azərbaycanlı müğənni
Elnur Hüseynov müsabiqənin qalibi
olub.
Elnur Hüseynov əvvəl "O Sole Mio"
opera parçasını səsləndirib, sonra
Sertab Erenerin "Aşk" mahnısını bir
daha ifa edib. İlk səsvermədən sonra
qalib "üçlük"də qalan ifaçı sonda ilk
seçim turunda ifa etdiyi "Lutch" (Sem
Smit) mahnısını yenidən oxuyub.
Beləliklə, E.Hüseynov “O səs Türkiyə”
müsabiqəsinin 4-cü mövsümünün
qalibi olub.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53