Günay Musayeva Tolqa ilə təqdimatda [Foto]

Günay Musayeva Tolqa ilə təqdimatda [Foto] Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva boşanmağa hazırlaşdığı aktyor Tolqa Karellə bir araya gəlib.


“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük rol aldıqları prezident Rəcəb Tayyib Ərdoğanın nazirlik dövründən bəhs edən “Kod adı K.O.Z” filminin qala gecəsinə qatılıb. Boşanmağa hazırlaşan Musayeva ilə Karel yan-yana gəlməməyə çalışıb.


Film haqda danışan Günay Musayeva uğurlu layihədə yer aldığı üçün xoşbəxt olduğunu və bundan sonra hər şeyin gözəl olacağına inandığını bildirib.

Aktyor Tolqa Karel isə filmin davamının çəkilməsinin vacib olduğunu qeyd edib:

“Türkiyədə belə mövzuların danışılması, müzakirə edilməsi azadlığa və demokratiyaya doğru atılan çox gözəl addımlardır. Xalqımız bunu qiymətləndirəcək”.

Qalaya filmin prodüserləri, rejissorları, aktyor heyəti ilə yanaşı bir çox tanınmış sima qatılıb.

Parantez Yapım və Uğur Yalçınkayanın birgə ərsəyə gətirdiyi ekran əsərində Günay Musayeva Türkiyə Xüsusi Xidmət Organının (MİT) agenti olan Zeynep obrazını canlandırıb.

Qeyd edək ki, “17 dekabr əməliyyatları”ndan bəhs edən filmin martın 12-də Bakıda qala gecəsi keçiriləcək.


Günay Musayeva Tolqa ilə təqdimatda [Foto]
Günay Musayeva Tolqa ilə təqdimatda [Foto]
Günay Musayeva Tolqa ilə təqdimatda [Foto]
Günay Musayeva Tolqa ilə təqdimatda [Foto]
Günay Musayeva Tolqa ilə təqdimatda [Foto]
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53