İlqarə Kazımovanın yeni treki

İlqarə Kazımovanın yeni trekiİlqarə Kazımovanın “Yenə yenə” treki Empire Music Entertainment prodüser mərkəzinin üzvləri Sərxan Muradov, Orxan Bağırov, Sheyh Ree, Fərhad Köçərli tərəfindən yaradılıb.


Trek üzərində ukraynalı saund prodüser, DJ, ukraynalı müğənni Qaytananın mahnılarının müəllifi, eyni zamanda, onun “Eurovision” musiqi müsabiqəsində ifa etdiyi “Be my guest” mahnısının masterinqini edən almaniyalı mütəxəssis “Yenə yenə” mahnısının da masterinqini edib. Mahnıda müasir qərb elektron musiqisini eşitməklə yanaşı, milli musiqi elementləri də dinləmək mümkündür. Mahnı özlüyündə İlqarənin daxili dünyasını, gənc, enerjili, güclü və müstəqil qızı əks etdirir. Mahnını dinlədikdə, həmçinin, İlqarənin ürəyinin dərinliyində romantik, emosional insan olması da üzə çıxır. Dinləyici mahnını eşidərkən ifada olan səmimiliyi və daxili hərarəti hiss edəcək. “Yenə yenə” adlı mahnıya artıq video klip çəkilib. Klipin baş prodüseri Azərbaycanın xalq artisti, yerli estradamızın divası Aygün Kazımovadır. Gənc müğənni İlqarə Kazımovanın debüt ekran işinin rejissoru Anar Hüseynovdur. “Yenə yenə” mahnısı ilk dəfə Aygün Kazımovanın doğum günündə ifa olunsa da, teleməkanda və radiodalğalarına mahnının rotasiyası klipin təqdimatı baş tutandan sonra olacaq.
“Mənim klipim yerli şou biznesdə çəkilən kliplərdən fərqli olacaq. O, avropa formatında olacaq” – İlqarə Kazımova bildirib.

Xatırladaq ki, İlqarə Kazımova “Eurovision 2011” mahnı müsabiqəsinin yerli seçim turunun finalistidir. Bir müddət səhnə fəaliyyətinə ara verən müğənni dinləyiciləri bu ərəfədə 2 mahnı ilə sevindirib. Onlardan biri progressive house janrında “Keep on, keepin' on” və pop musiqi janrında olan “Bir az sevgi” mahnıları olub. “Yenə yenə” layihəsi ilə İlqarə Kazımova böyük səhnəyə dönüşü olacaq.

Qeyd edək ki, yaxın müddətdə İlqarə Kazımovanın ifasında işi bitmək üzrə olan daha bir neçə kompozisiya təqdim olunacaq. İndi isə İlqarə Kazımovanın debüt işi olan “Yenə yenə” mahnısına klip çəkilişdən ən maraqlı görüntüləri təqdim edirik.


İlqarə Kazımovanın yeni treki
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri