Populyar azərbaycanlı müğənni Roza Zərgərli komediya janrında çəkilmiş filmdə baş rollardan birində çəkilib


Populyar azərbaycanlı müğənni Roza Zərgərli Şahin Zəkizadənin rejissoru olduğu komediya janrında çəkilmiş “100 kağız” adlı filmdə baş rollardan birində çəkilib.

Bunu rejissor LiVe.az-a verdiyi məlumata deyib.

Filmin əsas sujet xətti yüz manatlıq əskinas üzərində qurulub. Əskinas əldən ələ keçərək, sahibini dəyişir. Sahiblər isə son dərəcə maraqlı obrazlardır – həkim, yol polisi, müğənni, falabaxan, molla və sairə.

Filmdə həmçinin Azərbaycan kino və teatrının tanınmış simaları Afaq Bəşirqızı, Valeh Kərimov, Naibə Allahverdiyeva, Dilarə Əliyeva, Bəhram Bağırzadə, Azər Axşam və digərləri çəkilib.

Filmin çəklişləri 1 gevralda başalayıb, 15 martda isə “Nizami” Kino Evində filmin təqdimetmə mərasimi keçiriləcək.



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri