Mədəniyyət və Turizm Nazirliyi: Xudafərin körpüsü Azərbaycan və İranın yaratdığı müştərək komissiya tərəfindən yoxlanılır

Araz çayı üzərində İran-Azərbaycan sərhədində yerləşən, Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi Cəbrayıl rayonunu İranla birləşdirən Xudafərin körpüsü Azərbaycan və İranın yaratdığı müştərək komissiya tərəfindən yoxlanılır.

APA-nın məlumatına görə, bunu bu gün Prezident Kitabxanasında “Erməni vandalizmi: əsirlikdə olan Azərbaycan abidələri” adlı elektron layihənin təqdimatı ilə bağlı tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Tarix və mədəniyyət abidələrinin istifadəsi və mühafizəsi şöbəsinin Qoruqlarla iş, tarix və mədəniyyət abidələrinin monitorinqi və təbliği sektorunun müdiri Könül Cəfərova söyləyib.

K.Cəfərova bildirib ki, körpünün dağıdılması barədə xəbərlər həqiqəti əks etdirmir: “Xudafərin körpüsü dağıdılmayıb. Müştərək komissiya tərəfindən yoxlama aparılıb, körpü yerindədir”.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57