Səhmləri kənar investora satılan "Kövsər Bank" adını dəyişib

Azərbaycan Mərkəzi
Bankının məcmu kapital tələbini
ödəyə bilmək üçün səhmlərini kənar
investora satan “Kövsər Bank” adını
dəyişib.
Bunu "APA-Economics"ə bankın İdarə
heyətinin sədri Heydər İbrahimov
bildirib.
"Bəli, bankın adı artıq "Caspian
Development Bank"dır. Yaxın
zamanlarda bununla bağlı
ictimaiyyətə ətraflı məlumat
veriləcək", - deyə H. İbrahimov
bildirib.
O bildirib ki, artıq Azərbaycan
Mərkəzi Bankı "Kövsər Bank"a adının
dəyişdirilməsi ilə bağlı lisenziyanı
verib.
Məsələ ilə bağlı Mərkəzi Bank rəsmi
məlumat verməyib.
Yeri gəlmişkən, martın 6-da “Kövsər
Bank”ın səhmdarlarının növbəti
ümumi yığıncağı keçiriləcək.
Məlumata görə, iclasda bankın
səhmlərinin bir hissəsinin satılması
məsələsi müzakirə ediləcək.
Xatırladaq ki, ötən ay “Kövsər Bank”
səhm emissiyası hesabına
nizamnamə kapitalını 4,2 dəfə -
12,02 mln. manatdan 50,02 mln.
manata qədər artırıb.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri