Şirkət direktoru barəsində cinayət işi açılıb

. Bakı şəhər
sakini Gündüz Cəfərovun ona qarşı
yol verilmiş qanun pozuntuları ilə
bağlı müraciəti Binəqədi Rayon Polis
İdarəsində araşdırılıb.
Bu barədə Bakı Şəhər Baş Polis
İdarəsi və Şəhər Prokurorluğunun
APA-ya daxil olan birgə
məlumatında bildirilib. Məlumata
görə, aparılan araşdırmalar zamanı
“Qala-BTX” və “Azər Mühafizə” MMC-
nin direktoru Vüqar Hüseynovun
qabaqcadan bir qrup şəxslə əlbir
olaraq ayrı-ayrı şəxsləri işə
düzəltmək və guya cəmiyyətin
depozit hesabına pul keçirmək adı ilə
aldadaraq, onlardan müxtəlif
məbləğlərdə pullar alıb, həmin
şəxslərə 2014-cü ilin noyabr
ayınadək müxtəlif məbləğlərdə
əmək haqlarını qismən verərək,
sonradan isə pulu mənimsəyərək
dələduzluq yolu ilə zərərçəkmişlərə
xeyli miqdarda zərər vurmasında
şübhələr üçün əsaslar olduğundan
V.Hüseynova Cinayət Məcəlləsinin
178.2.1, 178.2.2 və 178.2.4-cü
(dələduzluq, qabaqcadan əlbir olan
bir qrup şəxs tərəfindən, təkrar və
xeyli miqdarda törədildikdə)
maddələrində nəzərdə tutulan
ittiham elan edilməklə barəsində
məhkəmənin qərarı ilə həbs
qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə Bakı şəhər Baş Polis
İdarəsində zəruri istintaq tədbirləri
davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri