Azərbaycanda yeni qızıl yataqları tapılıb

Azərbaycanda yeni qızıl yataqları tapılıb. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda iki qızıl yatağında işlər aparılır və qızıl hasil edilir: "Bundan əlavə daha bir neçə yerdə qızıl yatağı kəşf edilib. Hazırda həmin yataqların üzərində hesablama işləri aparılır. Onlar əsasən Kiçik Qafqazın şimal-qərb hissəsində tapılıb, hər birinin üzərində iş aparılır".

Nazir onu da qeyd edib ki, Azərbaycanda qızıl yataqları durmadan artır.

H.Bağırov Azərbaycanda nə qədər qızıl istehsal edilməsinə dair suala gəlincə, bunun nazirliyin sahəsinə aid olmadığını qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri