Həsən Ruhani: “Neftin ucuzlaşmasını təşviq edən ölkələr bu qərarlarına peşman olacaqlar”

“Dünya bazarında neftin
qiymətinin kəskin aşağı düşməsini
təşviq edən ölkələr bu qərarlarına
peşman olacaq və bunun acı
nəticələrindən İran kimi zərər
çəkəcəklər”.
APA-nın “Reuters”ə istinadən
xəbərinə görə, bu bəyanatla İran
prezidenti Həsən Ruhani çıxış edib.
“Əgər İran neftin qiymətinin aşağı
düşməsindən zərər çəkəcəksə,
Səudiyyə Ərəbistanı və Küveyt kimi
neft istehsal edən ölkələr İrandan
daha çox zərər çəkəcəklər” - deyə
H.Ruhani qeyd edib.
Şərhlər
Dünya bölməsinin xəbərləri