Kriştianu Ronaldo “Qızıl top”un sahibi olub

Bu gün FİFA 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.

APA-nın məlumatına görə, İsveçrənin Sürix şəhərində keçirilən mərasimdə bu ada Portuqaliya millisinin və “Real” (Madrid) klubunun futbolçusu Kriştianu Ronaldo layiq görülüb.

Belə ki, səslərin 37,66 faizini toplayan Kriştianu Ronaldo rəqibləri argentinalı Lionel Messi (15,76%) və alman Manuel Noyeri (15,72%) qabaqlayıb.

Qeyd edək ki, K.Ronaldo bu mükafata artıq üçüncü dəfə layiq görülür. O, 2008-ci və 2013-cü illərdə də dünyanın ən yaxşı futbolçusu seçilmişdi.
Şərhlər
İdman bölməsinin xəbərləri