Parisin Respublika meydanına 100 minə qədər insan toplaşıb

Parisdə yürüşü 7 min polis mühafizə edəcək, bütün hündürmərtəbəli binaların damında snayperlər yerləşdirilib

Fransanın paytaxtı Parisin Respublika Meydanında artıq 100 minə qədər adam toplaşıb. APA-nın Parisə ezam edilmiş xüsusi müxbirinin məlumatına görə, hazırda meydanda çoxlu sayda xarici KİV nümayəndəsi var. Meydana toplaşanlar arasında Fransadakı müxtəlif dini icmaların və xalqların nümayəndələri də var. Onlar aksiyaya təmsil etdikləri ölkənin və birliyin bayraqları ilə qatılıblar.

Aksiya “Azadlıq, qardaşlıq”, “Biz hamımız fransızıq, hamımız Çarliyik”, “Fransa birdir və bölünməz”, “Yaşasın Fransa” şüarları ilə keçirilir.

Aksiyada iştirak etmək üçün Avropa ölkələrinin dövlət və hökumət rəhbərləri ilə yanaşı Afrikanın 8 ölkəsinin də dövlət rəhbəri Parisə gəlib.

***


Bu gün Fransanın bütün şəhərlərində milli həmrəylik mitinqləri keçiriləcək.

APA-nın məlumatına görə, Parisin Respublika meydanında yerli vaxtla bu gün saat 15.00-da start veriləcək aksiyada isə Fransa prezidenti Fransua Ollandla yanaşı bir çox ölkələrin dövlət və hökumət rəhbərləri də iştirak edəcəklər.

Yürüş Parisin Respublika meydanından başlayacaq, şəhərin iki prospekti ilə “Nation” meydanına kimi davam edəcək.

Parisdəki bugünkü yürüşün ölkə tarixindəki ən izdihamlı aksiyalardan biri olacağı bildirilir. Yeri gəlmişkən, Fransa prezidenti ölkənin müsəlman dininin təmsilçisi olan vətəndaşlarına müraciət edərək, onları xüsusi olaraq bu aksiyada iştirak etməyə çağırıb.

Parisdə təhlükəsizlik tədbirləri gücləndirilib. Aksiyanın təhlükəsizliyinin təmin olunması üçün Parisdə 7 min, bütün Fransa üzrə isə 100 min nəfər polis cəlb olunub.

Yürüşün keçiriləcəyi küçələrdəki hündürmərtəbəli binaların damında snayperlər yerləşdirilib.

Yürüşün təçkilatçısı Fransa hökumətidir. Tədbirə Fransadakı bütün dini icmalar, qeyri-hökumət təşkilataları, siyasi portiyalar, ziyalılar dəvət olunub.

Yürüşdə diqqət çəkən məqamlarından biri də Ukrayna prezidenti Pyotr Prosenko, Rusiya xarici işlər naziri Sergey Lavrov, İsrailin baş naziri Benyamin Netanyahu, həmçinin Fələstin rəhbəri Mahmud Abbas da iştirak etməsidir.

Mitinqdə həmçinin Almaniya kansleri Angela Merkel, Böyük Britaniya baş naziri Devid Kemeron, İtaliya baş naziri Matteo Renzi, Türkiyə baş naziri Əhməd Davudoğlu da iştirak edəcək.


Tədbirin işıqlandırılması üçün dünyanın yüzlərlə Kütləvi İnformasiya Vasitəsi hazırda Parisin Respublika meydanındadır.

Qeyd edək ki, bu gün səhər Fransua Olland Fransadakı islam, xristian və yəhudi icmalarının rəhbrləi ilə görüşüb, onları respublika dəyərləri ətrafında birləşməyə və həmrəyliyə çağırıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri