Parisdəki terror aktında diqqət çəkən əl işarəsi

Dünən Parisdə "Charlie Hebdo" satirik nəşrinə hücum edən qrupun lideri olan terrorçunun sol əlini havaya qaldıraraq bəzi işarələr göstərməsi diqqəti cəlb edib.

Trend-in Türkiyənin "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, ilkin olaraq terrorçunun "Allah böyükdür" işarəsi göstərərək təkbir gətirdiyi bildirildi. Ancaq terrorçunun sol əlindəki şəhadət barmağını qaldırması bu iddiaya son qoydu. Belə ki, müsəlmanlar sol əlin şəhadət barmağını havaya qaldıraraq təkbir gətirmirlər.

Sol əllə edilən bu işarə daha çox hərbi sahədə istifadə edilir və "yığışın" anlamına gəlir. Bununla da hücum edənlərin peşəkar hərbi təlim görmüş insanlar olduğuna diqqət çəkilib.
Şərhlər
Dünya bölməsinin xəbərləri