Ələt-Astara magistralında baş verən ağır qəzada ölənin kimliyi məlum olub


Ələt-Astara magistralında baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yanvarın -7-i, saat 20.00 radələrində, Ələt-Astara magistralının 22-ci kilometrliyində, Salyan rayonunun Kürsəngi qəsəbəsi ərazisində Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Nəsirov Nemət Rahib oğlunun idarə etdiyi “Mercedes” markalı, 90 UL 447 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Qəza nəticəsində N.Nəsirov dünyasını dəyişib. Sərnişin, Lənkəran sakini 1996-cı il təvəllüdlü Hüseynzadə Səfərəli Tehran oğlu isə ağır bədən xəsarətləri ilə Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

***

Ələt-Astara magistralında baş verən qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb.

APA-nın BDYPİ-nin qəza yerində olan müstəntiqinin verdiyi məlumata görə, saat 20.00 radələrində, Ələt-Astara magistralının 22-ci kilometrliyində, Salyan rayonunun Kürsəngi qəsəbəsi ərazisində “Mercedes” markalı 90 UL 447 dövlət nömrə nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə hələlik adı məlum olmayan sürücü hadisə yerində ölüb, sərnişin isə ağır bədən xəsarətləri ilə Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Avtoqəzada ölən və yaralının adları dəqiqləşdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri